top of page
SOCAR/Kulevi Terminalı və Dəniz Limanı
Kulevi dəniz limanında üç yanalma körpüsü var. İki yükləmə körpüsü dəniz tankerlərinin yüklənməsi üçün, üçüncüsü isə yardımçı donanmanın yanalmasında istifadə olunur. Terminal ölçüsü 105 000 tona qədər olan “AFRAMAX” tipli dəniz tankerlərini qəbul edib yükləyə bilir.
Terminalda hər bir nasosun sərfi 8000 kubmetrə qədər olan 6 nasos stansiyası var ki, bu da Terminala “AFRAMAX” ölçülü dəniz tankerlərini təxminən 14 saat ərzində yükləməyə imkan verir. Bütün əməliyyat prosesləri SCADA avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə mərkəzləşdirilmiş idarəetmə otağından idarə olunur.
bottom of page