top of page
SOCAR/Kulevi Terminalı və Dəniz Limanı
Terminal tam avtomatlaşdırılmış, səmərəli və istismarda rahat olan buxar qazanları, azot istehsal edən stansiya, termal yağ qızdırıcıları və qəza elektrik enerjisi istehsalı sistemi ilə təchiz edilmişdir. Bu cür sistemlər terminalın ümumi prosesini, kommunal xidmətlərini və enerji təchizatı ehtiyaclarını tam şəkildə ödəməyə qadirdir. Terminalda 6 dəmir yolu yükboşaltma estakadası var ki, bu da terminala eyni vaxtda 208 dəmir yolu vaqonunu boşaltmağa imkan verir. Dəmir yolu estakadalarında quraşdırılan texnoloji avadanlıqlar yuxarıdan boşaltma yeri olan vaqonlarda mazut və bitum kimi ağır neft məhsullarının boşaldılmasını təmin edir.
Yük maşınına yükləmə stansiyası müxtəlif karbohidrogen məhsulları ilə yanacaq daşıyan maşınların yüklənməsi üçün nəzərdə tutulub. Obyekt saatda yükləmə sürəti 50 m3 olan iki yük maşınının eyni vaxtda yüklənməsi üçün müasir texnoloji avadanlıq və avtomatik idarəetmə sistemləri ilə təchiz edilmişdir .
bottom of page